Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib.
Söhbət Böyükşor–Pirşağı avtomobil yolundan gedir.
Yolun açılışını bir neçə gün əvvəl, 7 noyabrda şəxsən prezident İlham Əliyev edib. Uzunluğu 12,7 km olan yolda həm də “Sea Breeze”i göstərən yol nişanları da yerləşdirilib.
Böyükşor–Pirşağı avtomobil yolunun tikintisi barədə sərəncam 2023-cü ilin 25 oktyabrında imzalanıb. İlham Əliyevin sərəncamı ilə yolun tikintisinə 4 milyon 700 min manat vəsait ayrılıb. Sərəncamda bunun ilkin məbləğ kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edildiyi qeyd olunur.
“SeaBreeze” bu yolu İlham Əliyevin sərəncamı imzaladığı gündən cəmi 1 ay sonra reklam etməyə başlayıb. Qeyd edilb ki, bu yol şəhərdən Sea Breeze-ə çatma müddətini 23 dəqiqəyə qədər azaldacaq.
Mənbə: Mikroskop Media