Afiəddin Məmmədovun işi üzrə istintaq bitib. Onun ittiham olunduğu maddələr ağırlaşdırılıb.
Foto: Afiəddin Məmmədov
A.Məmməsov artıq qəsdən adam öldürməyə cəhd və qanunsuz soyuq silah gəzdirmə maddələrilə də ittiham olunur.
O, daha əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham olunurdu.
İşçi Masası təşkilatının rəhbəri Afiəddin Məmmədov sentyabrın 20-də evdən çıxarkən saxlanılıb.
Yaxınları deyir ki, həmin vaxt evin yanında bir nəfər özünə xəsarət yetirərək bıçağı Məmmədovun üstünə atıb: “Hadisə yerinə dərhal polis əməkdaşları gələrək onu saxlayıb”.