“Qırmızı Adam” verdiyi suala görə əlbəyaxa oldu
Bu barədə “Qırmızı Adam” kimi məşhurlaşan Faiq Erol danışıb.
Foto: Hamam Times
O deyib ki, bir kişiyə yaxınlaşıb “Üzünüzdən nə yağır?” sualı verdiyinə görə dalaşıblar:
“Dünən “Neftçilər” metrosu ərazisində verilişim üçün çəkiliş aparırdım. Bir kişiyə yaxınlaşıb sualımı ünvanladım. Sual da bundan ibarət idi ki, “Üzünüzdən nə yağır?” Bir yaşlı kişi cavab verdi ki, “Üzümdən zəhrimar yağır”. Mən ondan aralaşdım. Heç beş dəqiqə keçməmiş həmin şəxs yenidən mənə yaxınlaşıb problem yaratmağa başladı. Mən də ona bildirdim ki, narazı idinizsə, cavab verməzdiniz. Bu an aramızda anlaşılmazlıq yaşandı və biz əlbəyaxa olduq”.