“Gənc alimə ev verməkdənsə, elə maaş verək ki, həm ev ala bilsin, həm də motivasiyası olsun”
Bunu Elm və Təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
Nazir bildirib ki, gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik:
“Hazırda bu zalda gənc alimlər arxada əyləşib, hesab edirəm ki, bu, elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik”.
Təhsil Naziri Emin Əmrullayev Azərbaycan elminə ayrılan maliyyənin az olduğunu bildirib:
“Bu o qədər uzun müddət belə olub ki, birdən-birə maliyyə artırılsa, nəticə əldə edilməyəcək”.

Foto: Hamam Times