Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi lirənin dollara qarşı rekord səviyyəyə enməsi ilə əlaqədar ölkənin bu həftə iqtisadiyyat üzrə yüksək səviyyəli rəsmilərinin iclasını çağırıb.

Foto: google.az

 

Lirə İstanbulda bir dollarla müqayisədə 7.3952 səviyyəsinə enib və bu il itkilər ümumi olaraq 20 faiz təşkil edib.

İqtisadiyyat sammitində Xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, vitse-prezident Fuat Oktay və mərkəzi bank, dövlət bankları və bank nəzarətinə daxil olan təşkilatların rəsmiləri iştirak edəcəklər. Görüşün hansı gündə baş tutacağı barədə məlumat verilməyib.

Mərkəzi Bank cümə axşamı faiz dərəcələri ilə bağlı görüşəcək. Bir çox investor 8.25 faiz səviyyəsində olan rəsmi faiz göstəricisinə rəsmi artım tələb edib. Lakin Ərdoğan inflyasiya artımına etiraz edib və deyib ki, onun hökuməti istehlakçıları və müəssisələri ayaqda tutmaq üçün dövlət banklarından borc məqsədilə istifadə edib.

Türkiyə iqtisadiyyatı hazırkı böhrana 2018-ci ildə düçar olub. Ərdoğan keçən ilin iyul ayında hökumətin iqtisadiyyatyönümlü böyümə siyasətinə dəstək üçün 24 faiz səviyyəsində olan faiz dərəcələrini endirmədiyindən Mərkəzi Bankın rəhbərini vəzifəsindən azad edib.

Verilən kredit istehlakçılar tərəfindən avtomobil və televizor kimi idxal mallarını almaq üçün istifadə edildiyindən bu il Türkiyənin büdcə kəsirinə səbəb olub.

Mərkəzi Bankdan verilən məlumata görə, cari iyun ayında kəsir keçən ilin iyun ayı ilə müqayisədə 2,84 milyard dollar artaraq, 2,93 milyard dollara çatıb – Mərkəzi Bank cümə günü bildirib. Bu, illik kəsiri 11,1 milyard dollara qədər artırıb.

Mənbə: Meydan TV

Leave A Reply