172 gün davam edən mübarizədə Polonez ət məhsulları zavodunun işçiləri qalib gəlib

Zavod rəhbərliyi ilə işçilərin həmkarlar ittifaqı arasında anlaşma əldə olunub.

Ötən il işdən çıxarılan zavod fəhlələri işlərinə geri qaytarılacaqlar. Bundan əlavə, 6 ay çəkən tətil ərzində verilməyən maaşlar da ödəniləcək.

Qeyd edək ki, İstanbulun Çatalca bölgəsində yerləşən Polonez fabrikinin 146 işçisi keçən il həmkarlar ittifaqına üzv olduqları üçün işdən çıxarılmışdı. Daha sonra isə işdən çıxarılan işçilər və onların iş yoldaşları etirazlara başlamışdılar.

Azərbaycanda isə işçilərin hüquqlarını müdafiə edən İşçi Masası həmkarlar ittifaqının üzvləri Afiyəddin Məmmədov, Ayxan İsrafilov, Möhüyəddin Orucov və Elvin İsrafilov şərlənərək həbs olunublar.

Bu gün keçirilən məhkəmədə dövlət ittihamçısı Afiyəddin Məmmədova 10 il həbs cəzası istəyib.

Leave A Reply