İstanbul meri Əkrəm İmamoğlunun həbsi Türkiyədə böyük etirazlara səbəb oldu.

Etiraz üçün küçələrə çıxan gənclər döyüldülər, yüzlərlə gənc isə həbs olundu.
Bu günlərdə bir çox sənət adamı sosial media hesablarında paylaşımlar edərək gənclərin həbsinə etiraz edir.
Gülben Ergen, Engin Öztürk, Hazal Kaya, Demet Akbağ, Seda Bakan, Gamze Erçel, Aslı İnandık, Metin Akdülger, Çağla Şikel, Mehmet Günsur, Bige Önal, Meriç Aral, Burcu Esmersoy, Selen Öztürk, Mustafa Sandal, Ceylan Ertem, Zeynep Bastık, Bengü, Gökhan Özoğuz, Mabel Matiz, Can Bonomo, Beren Saat və Kıvanç Tatlıtuğ kimi məşhurlar Əkrəm İmamoğlunun həbsinə etiraz edib.