Azərbaycanda son vaxtlar kartofun qiymətində sürətli bahalaşır

Hazırda kartofun bir kiloqramı 1 manat 50 qəpiyə satılır.

Mediada yayılan məlumata görə, ötən il Azərbaycana xarici ölkələrdən 142 min 797 ton kartof gətirilib. Bu kartofun orta gömrük dəyəri 46 qəpik olub.

Ən çox kartof bu ölkələrdən alınıb: 44 qəpiyə İrandan (66 min ton), 56 qəpiyə Gürcüstandan (24 min ton), 44 qəpiyə Türkiyədən (10 min ton) kartof idxal olunub.

Son bir ildə idxal edilən kartofun gömrük dəyərində heç bir dəyişiklik olmayıb.

Bəs onda niyə 44 qəpiyə idxal olunan İran kartofu 1 manat 50 qəpiyə satılır?

Sizcə, üç dəfədən çox qiymət fərqinin səbəbi nədir?

Leave A Reply