Tibbi sığorta

Azərbaycanda ürək və gözün buynuz qişası transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi təklif olunub.

Report.az xəbər verir ki, bu təşəbbüslə Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edib. O, bu fikirləri Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının icrasının birinci ildönümünə həsr edilən “Ürək transplantasiyası həftəsi” çərçivəsindəki konfransda səsləndirib.

Yeganə Abbasovanın sözlərinə görə, ölkədə eyni zamanda milli kök hüceyrə reyestri də formalaşdırılmalıdır.

Mərkəz rəhbəri bildirib ki, böyrək köçürülməsi növbəsində olan pasiyentlərin hemodializ, peritoneal dializ və genetik analiz imkanlarından yararlanması üçün həmin xidmətlərin də icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması faydalı nəticə verər.

Leave A Reply