Futzal Çempionlar Liqası

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının cari mövsümündə mübarizəni dayandırıb.

Report.az xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələnin V qrupunda son oyununu Polşanın “Piast” kollektivinə qarşı keçirib.

Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da təşkil olunan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Azərbaycan çempionu qrup mərhələsini 3 xalla bitirib.

Turnirin ilk görüşündə Macarıstanın “Uypeşt” klubunu 5:4 hesabı ilə üstələyən “Araz-Naxçıvan” ikinci turda Bosniya və Herseqovinanın “Buba Mara” komandasına 3:5 hesabı ilə məğlub olmuşdu.

Leave A Reply