Misli Premyer Liqası

Futbol üzrə Misli Premyer Liqasının 10-cu turu çərçivəsində “Sabah” səfərdə “Turan Tovuz” komandasına 2:3 hesabı ilə uduzub.

Report.az xəbər verir ki, Tovuz şəhər stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Qarşılaşmada meydan sahiblərinin qollarını 28-ci dəqiqədə Enrike Silva, 30 və 37-ci dəqiqələrdə isə Joralem Santos vurub.

Bakı təmsilçisinin heyətində 70-ci dəqiqədə Coy Lens Mikels və 87-ci dəqiqədə Ksander Severina fərqlənib.

Bu nəticədən sonra ehtiyatda daha bir oyunu olan “Sabah” 20 xalla turnir cədvəlinin birinci pilləsində qalıb. 10 matçdan sonra 18 xal toplayan Qərb klubu isə dördüncü pillədə qərarlaşıb.

Leave A Reply