“Niyə oturub gözləyirsiniz ki, mən yazım? Niyə özünüz danışmırsınız?”

Müğənni Nura Suri əsəbiləşib. O, restoran sistemində olan özbaşınalıq barədə yazıb.
“Heç kəs toy edib şadlıq sarayından çek almır. Niyə? Evinizdə çörək bişirib satsanız, vergi qapınızı kəsdirəcək ki, cərimə ödə, çörəyi satanda çek verməmisiniz. Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir?
Necə olur ki, sənədlə həmin o möhtəşəm şadlıq sarayları adi adamların adına olur və heç kəs maraqlanmır, səndə bu pul haradandır? Banka ay ərzində 10 mindən artıq pul qoyan kimi haqq-hesab soruşurlar adamlardan.
İnsanların çörəyinə bais olub mafiya qurublar. Hamıdan faiz alırlar. Bəsdirin də!
Hələ dünən bəziləri zəng ediblər ki, “nəyinə lazım, yazma, demə, sabah sənə, ya uşağına nəsə edərlər. Bütün şadlıq sarayları məmurlarındır.
Qoy, məni bu sözləri yazdığıma görə şərləsinlər, ya da uşağıma nəsə etsinlər. Dərəbəylikdir? Bu nə qorxudur içinizdə?”