“Kasıbçılıq pul problemi deyil, tənbəllik problemidir” – Bu sözü deyəni xatırlayırsınız?
Bu hikmətli kəlamın müəllifi Qafar Dəmirçi və atası Aydın Dəmirçi Şəkidə meşələrə qənim kəsilib.
“Ecofront”un bildirdiyinə görə, söhbət 800 hektara yaxın ərazidən gedir.
Dəmirçilərin “Monte Ferro” şirkəti 2021-ci ildə Şəkidə geniş bir ərazini özəlləşdirərək ağacları məhv eləmişdilər.
Həmin vaxt insanların etirazından sonra proses dayandırılmış, ərazidə ciddi meşəbərpa prosesi getmişdi.
Bu dəfə isə, COP29 ərəfəsində meşələri kürüməyə başlayıblar.