
Türkiyədə nə baş verir?
Dünən universitet diplomu ləğv edilən İstanbul meri Əkrəm İmamoğlu ilə birlikdə 100-ə yaxın şəxs saxlanılıb:
🔴 Beylikdüzü bələdiyyə başçısı Murat Çalık
🔴 Şişli bələdiyyə başçısı Resul Emrah Şahan
🔴 Merin mətbuat katibi Murat Ongun
🔴 Jurnalist İsmail Saymaz
🇹🇷 İstanbulda:
🔴 Taksim metrosu qeyri-müəyyən müddətə bağlanıb.
🔴 İnternet məhdudlaşdırılıb.
🔴 Martın 23 kimi toplantı, yürüş, mətbuata açıqlamalar qadağan olunub.
🔴 Polis gücləndirilmiş rejimə keçib.
🇹🇷 Əkrəm İmamoğluna qarşı irəli sürülən bütün ittihamlar:
🔴 Cinayətkar dəstə yaratmaq və ona liderlik etmək;
🔴 Mənfəət məqsədləri üçün cinayətkar dəstə yaratmaq;
🔴 Biznesmenlərin təhdid edilməsi;
🔴 Bələdiyyədə məcburi qərarlar aldıraraq pul tələb etmək;
🔴 Rüşvət pullarını yuyaraq biznesmenlərə göndərmək;
🔴 Sahibi olduğu inşaat şirkətlərinə layihələr qazandırmaq və pul köçürmək;
🔴 Rüşvət almaq və tender layihələrinə müdaxilələr etmək;
🔴 PKK-ya yardım.
🇹🇷 Türkiyə lirəsi isə tarixi antirekord vuraraq 1 USD-41 TL səviyyəsinə enib.