Ermənistanda rüşvət qarşlığında səs

Ermənistanın hüquq-mühafizə orqanları və Antikorrupsiya Komitəsi 2026-cı il parlament seçkiləri ərəfəsində seçki prosesində mümkün qanun pozuntuları ilə bağlı ictimai xəbərdarlıq yayıb.

Məlumatda bildirilir ki, seçicilərin ələ alınması, onlara pul və ya digər maddi vəsait təklif edilməsi, eləcə də səsverməyə hər hansı formada təzyiq göstərilməsi cinayət əməli hesab olunur.

Rüşvətin qəbul edilməsinə görə isə 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

“Güclü Ermənistan” partiyası ilə bağlı rüşvət sxemi aşkarlanıb

Antikorrupsiya Komitəsinin məlumatına görə, Armavir vilayətində seçicilərə pul verilməsi ilə bağlı genişmiqyaslı sxem aşkarlanıb. İddia olunur ki, “Güclü Ermənistan” partiyası (lideri Samvel Karapetyandır) bu ödənişləri “əməkhaqqı” və ya “xeyriyyə yardımı” kimi maskalamağa çalışıb.

Komitənin açıqlamasına əsasən:

  • 2025-ci ildə “Our Way” QHT-si vasitəsilə yerli sakinlər işə götürülüb;
  • Onlara “Güclü Ermənistan” partiyasına səs vermək tapşırılıb;
  • Pul ödənişləri mərhələli şəkildə və qeyri-rəsmi formada həyata keçirilib;
  • Xüsusilə böyük ailəsi və geniş əlaqələri olan şəxslər hədəfə alınıb.

Hadisə ilə bağlı 5 nəfər saxlanılıb, cinayət işi açılıb. Komitə sübut kimi audio yazılar da yayıb.

Partiyanın reaksiyası

“Güclü Ermənistan” partiyası bütün ittihamları qətiyyətlə rədd edir və baş verənləri siyasi təqib adlandırır.

Partiya rəhbərliyi hadisəni seçki öncəsi rəqiblər tərəfindən təşkil olunmuş “qara piar” kimi qiymətləndirir.

Ermənistanda 2026-cı ilin iyun ayında növbəti parlament seçkiləri keçiriləcək.

Seçki kampaniyası fonunda rüşvət və səs almaq cəhdləri ilə bağlı oxşar iddialar artıq bir neçə partiya ilə bağlı səsləndirilib.

Ermənistanda rüşvət qarşlığında səs

Leave A Reply