Ermənistan, Türkiyə
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deyib ki, iki ölkə qarşılıqlı ticarəti birbaşa rəsmiləşdirməyə başlayıb. “Armenpress”in yazdığına görə, əvvəl gömrükdə satışlar texniki olaraq üçüncü ölkələr üçün rəsmiləşdirilirdi, mallar isə fiziki olaraq başqa yollarla, əsasən Gürcüstandan keçirdi. Daşınma indi də bu yolla davam edir.
Mirzoyan sərhəd məsələsində prosesin o qədər yetişdiyini deyib ki, tərəflər istənilən vaxt sərhədin açılmasına və diplomatik əlaqələrin qurulmasına keçə bilər.
Ermənistanın Baş naziri Nikol Paşinyan COP31 iqlim konfransı üçün bu ay Türkiyəyə gedəcək. Türkiyə 1993-cü ildə Qarabağ müharibəsi fonunda Ermənistanla quru sərhədini bağlayıb, iki ölkə arasında diplomatik əlaqə yoxdur.
Foto: Ararat Mirzoyan, arxiv, APA.


