Nəzirə Məcid şikayət edir

11 il Lənkərandakı Ağciyər Xəstəlikləri Xəstəxanasında işləyən Nəzirə Məcid səbəbsiz yerə işdən çıxarıldığını deyir.

Şikayətçi “Tiktok” sosial şəbəkəsində videolar paylaşır, prezident İlham Əliyevə müraciətlər ünvanlayır.



Onun sözlərinə görə, oktyabr ayında işdən çıxarıblar, özünün xəbəri olmadan dekabrın 5-nə qədər işləməyə davam edib. Lakin işlədiyi bu müddət ərzində ona əmək haqqı verilməyib.

Nəzirə Məcid işdən əsassız uzaqlaşdırılmasına etiraz etdiyini bildirir. Maddi çətinlik içərisində həm də həbsdə olan oğlunu düşünür. Deyir, bundan sonra dolanşığını nə ilə təmin edəcəyini bilmir.

Nəzirə Məcid şikayət edir

Leave A Reply