Avropa İttifaqından İsrailə sanksiyalar
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen sentyabrın 10-da Avropa Parlamentində illik “İttifaqın vəziyyəti” çıxışında Aİ-nin İsrailə qarşı indiyədək ən sərt addımlarını elan edib.

Komissiya ilk dəfə İsrailin “ekstremist” nazirlərinə və Qərbi Şəriyədə “zorakı məskunlaşanlara” sanksiyalar təklif edəcək. həmçinin Aİ-İsrail Assosiasiya Sazişinin ticarətlə bağlı hissəsinin qismən dayandırılması üçün prosedur başladacaq. Fon der Leyen çıxışında İsrailin Qəzzada “süni aclıq” yaratdığını söyləyərək, İsrailə yönələn ikitərəfli Aİ ödənişlərinin dayandırılacağını da açıqlayıb; bununla belə, qərarın İsrail vətəndaş cəmiyyəti və Yad Vaşemlə əməkdaşlığa şamil olunmayacağını vurğulayıb.
Fon der Leyen nazirlərin adlarını çəkməyib, amma öncəki təşəbbüslərdə hədəfdə Ben-Qvir və Smotriç kimi fiqurların olduğu xatırladılıb. O, Aİ daxilində kəskin fikir ayrılıqlarını etiraf edərək bu addımların qəbulunun “çətin çoxluq” tələb edəcəyini bildirib: ticarət güzəştlərinin dayandırılması üçün üzv ölkələr arasında kifayət qədər səs toplanmalıdır. Xüsusilə Almaniya və bir neçə ölkənin tərəddüdü qeyd olunur.
Avropa Parlamentində çıxış zamanı zalda mübahisəli reaksiyalar yaranıb: bir çox sol-yaşıllar Qəzzaya dəstək üçün qırmızı geyimlə aksiyaya qoşulub və alqışlayıb, sağ-populist fraksiyalardan isə etiraz səsləri eşidilib.
Nepalda hökumət devrildi: KP Şarma Oli istefa verdi, sosial şəbəkə qadağası ləğv olundu
Əfqanıstanda zəlzələdən təsirlənən qadınlar köməksiz qalıb
Milli Fernando Santuşla yolları ayırdı – AFFA yenə təzminat ödəməli olacaq
Təklif paketinə İsrailə ticarət üstünlüklərinin məhdudlaşdırılması, zorakı məskunlaşanlara (Qərbi Şəriyədə (İordan çayının qərb sahilində) qeyri-qanuni şəkildə məskunlaşan və çox vaxt yerli fələstinlilərə qarşı zorakılıq tətbiq edən yəhudi köçkünlərə deyilir) və “ekstremist” nazirlərə viza və maliyyə sanksiyaları, habelə Aİ-nin İsrail hökuməti ilə ikitərəfli proqram ödənişlərinin dondurulması daxildir.
Komissiya eyni zamanda oktyabrda Fələstin Donor Qrupu yaratmağı planlaşdırır ki, Qəzzanın bərpasına koordinasiyalı dəstək göstərilsin.
İsrail mediası və agentliklər bu xəttin Aİ-İsrail münasibətlərində fərqli mərhələ olduğunu yazır. Komissiyanın əvvəlki aylarda israilli rəsmilərə sanksiya cəhdi üzv ölkələrdən yetərli dəstək tapmamışdı. İndi isə Brüssel “hərəkətsiz qala bilmərik” arqumenti ilə prosesə yenidən start verir.
Tədbirlərin qüvvəyə minməsi üçün Aİ Şurasında siyasi razılaşma və hüquqi prosedurlar tələb olunur; fon der Leyen bu mexanizmlərin “heç kim üçün ideal olmayacağını”, amma Komissiyanın öz məsuliyyətini yerinə yetirəcəyini deyib.
Avropa İttifaqından İsrailə sanksiyalar